
2026 Qəbul İmtahanına Necə Hazırlaşmaq Lazımdır?
Bugünkü rəqabətli təhsil mühitində qəbul imtahanı hazırlığı üçün təkcə biliyə deyil, düzgün resurslara və sistemli hazırlığa ehtiyac duyulur . Bizim platformamız bu ehtiyacları qarşılamaq üçün xüsusi olaraq hazırlanıb. İstər 11-ci sinif buraxılış imtahanına hazırlaşın, istərsə də blok imtahanına mükəmməl hazırlıq axtarışında olun, Onrepetitor ilə abituriyentə lazım olan hər şeyi vahid platformada tapacaqsınız.
- Onrepetitor ilə Qəbul İmtahanına Sistemli Hazırlıq
Platformamız şagirdlərin imtahana mükəmməl hazırlığı üçün DİM-in ali məktəbərə qəbul proqramına tam uyğun geniş məzmunlu materiallar təqdim edir. Bu səbəbdən qəbul imtahanı Onrepetitor ilə daha asandır. Fənlər üzrə onlayn canlı dərslər, video izahlar, qəbul tipli test bankları və sınaq imtahanları ilə abituriyentlər üçün sistemli tədris mühiti yaradırıq. Açıq və qapalı sual tipləri, real imtahan formatına uyğun sınaqlar və əvvəlki illərin statistikası əsasında hazırlanmış materiallarımız sizi qəbul imtahanı zamanı daha uğurlu edəcəkdir.
- 11-ci Sinif Buraxılış və Blok İmtahanları Hazırlığı
2026-ci ildə keçiriləcək 11-ci sinif buraxılış imtahanı üçün hazırlıq resurslarımız xüsusi maraq doğurur. Azərbaycan dili, Riyaziyyat və İngilis dili üzrə son illərdə imtahanda çıxmış sual tiplərini nəzərə alaraq 11-ci sinif buraxılış imtahanı hazırlığı düşünən şagirdlərimizi imtahana sistemli şəkildə hazırlayırıq. Həmçinin 2026-cı ildə imtahana girəcək olan abituriyentlərimiz, qəbul imtahanı üçün tam uyğunlaşdırılmış sınaq imtahanları ilə mütəmadi olaraq öz bilik səviyyələrini dəyərləndirə bilirlər.
- Qəbul İmtahanı üçün Repetitor Dəstəyi
Platformamız qəbul imtahanı hazırlığında olan şagirdləri, həm Riyaziyyat, həm Azərbaycan dili, həm də İngilis dili üzrə peşəkar repetitor ilə təmin edir. Eyni zamanda, abituriyentlərə blok imtahanı üçün qəbul tipli suallar, test nümunələri, sınaq imtahanları və ətraflı nəticə analizləri təqdim olunur. Bu resurslar vasitəsilə şagirdlər qəbul imtahanı üçün hazırlaşarkən, öz hazırıq səviyyələrini obyektiv şəkildə qiymətləndirə və inkişaf sahələrini müəyyən edə bilirlər.
- Dövlət İmtahan Mərkəzinin Ali Məktəblərə Qəbul Proqramına Aid Yeniliklər
Təbii ki, istifadəçilər arasında “2026-cı ildə 11-ci sinif buraxılış imtahanı nə vaxt keçiriləcək?” və ya “2026-cı ildə blok imtahanı nə vaxt olacaq?” kimi suallar geniş şəkildə axtarılır. Lakin bu tip suallara rəsmi cavablar yalnız müvafiq dövlət qurumları tərəfindən verilir. Biz isə 2026-ci ilin DİM-in imtahan tarixləri ilə bağlı bütün rəsmi məlumatları veb saytımızda və sosial media səhifələrimizdə mütəmadi olaraq yeniləyirik. Abituriyentlər və valideynlər qəbul imtahanı ilə bağlı bu yeniliklərə əsasən öz tədris planlarını formalaşdıra bilərlər.
- Qəbul İmtahanında Uğur Üçün Fərdi Müəllim Dəstəyi
Onrepetitor-da hər bir şagirdimizə fərdi məsləhətçi müəllim təyin olunur. Fərdi məsləhətçi müəllimlərimiz abituriyentin fənlər üzrə biliyini, sınaq nəticələrini, zəifliklərini və vaxt resursunu nəzərə alaraq ona uyğun proqram tərtib edir və onu doğru yönləndirir. Əgər bir şagirdin 11-ci sinif buraxılış imtahanına 3 ay vaxtı qalıbsa, həmin müddət ərzində maksimum nəticə verəcək şəkildə dərs proqramı hazırlamaq çox mühümdür.
- Ödənişsiz Sınaq İmtahanları
Abituriyentlərin qəbul imtahanı hazırlığı boyunca hazırlıq səviyyələrini yoxlamaq üçün müxtəlif mənbələrə üz tutduğu məlumdur. Bunlara nümunə olaraq oxuyan az və testbook az saytlarını, OTK sınaq imtahanlarını qeyd edə bilərik. Hətta “otk az imtahan nəticələri” və “otk az buraxılış imtahanı pulsuz” kimi axtarışlar da bu imtahanlara olan marağı göstərir. Adı keçən qurumlar ilə heç bir hüquqi və ya funksional əlaqəmiz yoxdur. Lakin qəbul imtahanı üçün bu tip testlərə maraq göstərən istifadəçilərə, biz özümüzün hazırladığımız alternativ sınaq imtahanlarını təqdim edirik.
- İmtahan Nəticələrinin Təhlili
Qəbul imtahanı hazırlığı üçün platformamızdan istifadə edən şagirdlərə sınaq imtahanlarından sonra nəticə analizi və izahlı hesabat təqdim edirik. Bu hesabatda hər bir sual üzrə düzgün və yanlış cavablar göstərilir, əlavə olaraq sualın hansı mövzuya aid olduğu da qeyd olunur. Bu cür detallı yanaşma sayəsində şagirdlər qəbul imtahanı üçün olan hazırlığı daha sistemli davam etdirir və növbəti mərhələdə nəyə diqqət yetirməli olduğunu daha yaxşı anlayırlar.
- Qəbul İmtahanı Hazırlığı Boyunca Valideyn Nəzarəti
Valideynlər övladlarının qəbul imtahanı üçün olan hazırlıq göstəricilərini platformada asanlıqla görə bilirlər. Qəbul imtahanı hazırlığı boyunca, günbəgün şagirdin onlayn dərslərə qoşulub-qoşulmadığı, videodərsləri izləyib-izləmədiyi, sınaq nəticələri, irəliləyiş göstəriciləri platformamızda aydın şəkildə əks olunur. Bu da valideynlərin qəbul imtahanı hazırlığı prosesinə daha yaxından dəstək verməsinə şərait yaradır.
- Qəbul İmtahanına Niyə Onrepetitor ilə Hazırlaşmalısınız?
• Onlayn dərslər: Hər fənn üzrə peşəkar müəllimlərdən onlayn canlı dərs imkanı.
• Sınaq imtahnları: Hər ay qəbul imtahanı tipli ödənişsiz sınaq imtahanları.
• Test bankı: Hər mövzuya uyğun qəbul imtahanı tipli test bankı və sualların video həlli.
• Fərdi yanaşma: Fərdi məsləhətçi müəllim dəstəyi.
• Nəzarət sistemi: Statistik hesabatlar, nəticələrin analizi.
Nəticə olaraq, Onrepetitor qəbul imtahanı hazırlığı mərhələsində olan hər kəs üçün çoxşaxəli bir dəstək sistemi təklif edir. Qəbul imtahanı hazırlığında olan şagirdlər və onların valideynləri üçün güvənli və sistemli bir mərkəz rolunu oynayırıq. Əgər siz də qəbul imtahanı nəticəsində uğur əldə etmək istəyirsinizsə, bizimlə birlikdə hazırlığa başlayın!
Tez-tez Verilən Suallar
- Qəbul imtahanına hazırlıq üçün hansı qruplar üzrə dərslər təklif olunur?
Hazırda qəbul imtahanı üçün mükəmməl hazırlıq axtarışında olan bütün şagirdlərimizi Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə sistemli hazırlıq ilə təmin edirik.
- Canlı dərslərdən istifadə edə bilməsəm, sonradan izləyə bilərəmmi?
Dərs cədvəlimiz ümumi hazırlanmış olsa da, hər hansı bir səbəbdən canlı dərslərimizdə iştirak edə bilməyən şagirdlərimiz, həmin dərslərin video yazısını platformadan istənilən vaxt izləyə biləcəklər. Qəbul imtahanı hazırlığı boyunca hər daim abituriyentlərimizin yanındayıq.
- Sınaq imtahanları rəsmi qəbul imtahanı formatına uyğundurmu?
Bəli, real qəbul formatında keçirilən aylıq sınaqlarımız, "Dövlət İmtahan Mərkəzi"nin ali məktəblərə qəbul proqramı əsasında hazırlanmışdır. Qəbul imtahanı hazırlığında olan abituriyentlərimizə həm buraxılış, həm də blok imtahanı üzrə ödənişsiz sınaq imtahanları təqdim edirik.
- Qəbul imtahanı üçün hazırlıq paketini necə əldə edə bilərəm və ödənişi necə həyata keçirə bilərəm?
Saytımızda qəbul imtahanı paketlərimizin olduğu hissələrə keçid edərək “İndi al” düyməsinə klikləyib asanlıqla əldə edə bilərsiniz. Payriff sistemi ilə tam inteqrasiya olunan Onrepetitor platformasından çıxmadan, cəmi bir neçə saniyə ərzində nağd və ya taksitli Visa və yaxud Mastercard vasitəsil ilə ödəniş edə bilərsiz.qəbul-imtahanina-necə-hazirlasmaq-lazimdir