9-cu sinif buraxılış imtahanı 2026 – DİM proqramı, tapşırıqlar və hazırlıq strategiyası

9-cu sinif buraxılış imtahanı 2026 təhsil həyatının ən vacib mərhələlərindən biri olacaq. Bu imtahan yalnız məktəb biliklərinin qiymətləndirilməsi deyil, həm də gələcəkdə abituriyent hazırlığına keçid üçün baza mərhələsi kimi qəbul olunur. Bu səbəbdən şagirdlər üçün doğru hazırlıq strategiyası, dəqiq proqramı anlamaları və keyfiyyətli test materiallarından istifadə etmələri çox önəmlidir.

Dövlət İmtahan Mərkəzi (DİM) hər il olduğu kimi 2026 buraxılış imtahanı üçün də rəsmi proqram, tapşırıq nümunələri və metodik materialları öz rəsmi veb saytında (https://www.dim.gov.az/az) təqdim edəcək. Siz də hazırlıq zamanı bu materiallarla yanaşı Onrepetitor platformasında yerləşən mövzular üzrə video dərslərdən, test bankından və müəllim dəstəyindən istifadə edə bilərsiniz. 

Onrepetitor təhsil platforması haqqında daha ətraflı məlumat almaq üçün rəsmi veb saytına nəzər yetirə bilərsiniz. https://onrepetitor.az/ 

 

 

 

9-cu sinif buraxılış imtahanı 2026 – Ümumi format necə olacaq?

DİM-in təqdim etdiyi ümumi imtahan formatına əsasən 9-cu sinif buraxılış imtahanı 2026 üç əsas fənni əhatə edir:

  • Azərbaycan dili
  • Riyaziyyat
  • Xarici dil 

Hər bir fənn üzrə imtahan 2 mərhələdən ibarət test tapşırıqları şəklində təqdim edilir və şagirdlərin məntiqi düşünmə, dil bacarıqları, hesablama qabiliyyəti, mətn anlama kimi əsas bacarıqları qiymətləndirilir.

DİM-in rəsmi veb saytında yerləşdirilən proqramlar 9-cu sinif buraxılış imtahanı 2026 hazırlığı üçün əsas baza rolunu oynayır. Buna görə müəllimlər və şagirdlər ilk növbədə bu proqramı öyrənməlidir. DİM-in rəsmi veb saytına keçid edərək buraxılış imtahanı mövzuları 2026 haqqında ətraflı məlumat əldə edə bilərsiniz: https://www.dim.gov.az/az

 

1. Azərbaycan dili – 9-cu sinif buraxılış imtahanı 2026 proqramı

Azərbaycan dili buraxılış imtahanı 2026 hazırlığında olan şagirdlərin dil qaydalarını, orfoqrafiya və orfoepiya normalarını, nitq mədəniyyəti biliklərini və mətn anlama bacarığını ölçür.

İmtahanda əsasən aşağıdakı mövzular əhatə olunur:

  • Leksikologiya və söz yaradıcılığı
  • Orfoqrafik qaydalar
  • Tənqid-təsdiq tipli cümlələr
  • Söz birləşməsi və cümlə quruluşu
  • Sintaktik analiz
  • Mətnin məzmununu anlama və nəticə çıxarma

DİM-in paylaşdığı tapşırıqlar, DİM buraxılış imtahanı nümunələri şagirdlərə 9-cu sinif buraxılış imtahanı 2026 modelini daha yaxşı anlamağa kömək edə bilər. Daha effektiv hazırlıq üçün şagirdlər eyni zamanda 9-cu sinif buraxılış imtahanı 2025 suallarına da nəzər yetirə bilərlər.

 

2. Riyaziyyat – Buraxılış imtahanı 2026 üzrə əsas istiqamətlər

Riyaziyyat buraxılış imtahanı 2026 üçün ən çətin fənlərdən biri hesab edilir. Buna görə riyaziyyat hazırlığı mərhələsində həm mövzular üzrə qruplaşdırılmış təkrar, həm də riyazi düşünmə tapşırıqlarına xüsusi diqqət yetirilməlidir.

Əsas mövzular:

  • Qrafiklər və funksiyalar
  • Həndəsi fiqurların sahəsi və həcmi
  • Tənlik və tənliklər sistemi
  • Kvadrat funksiyalar
  • Ehtimal və statistik məlumatlar
  • Məntiqi məsələlər

Onrepetitor platformasında 9-cu sinif buraxılış imtahanı üçün riyaziyyat üzrə xüsusi test bankı, video izahlarsınaq imtahanları toplanmışdır. Bu, şagirdlərin sürətli nəticə əldə etməsini xeyli asanlaşdırır. 

 

 

3. 9-cu sinif buraxılış imtahanı 2026 - ingilis dili proqramı

9-cu sinif buraxılış imtahanı ingilis dili proqramı əsasən 4 bacarığı yoxlamaq üzərinə qurulmuşdur:

  • Reading (oxuma)
  • Grammar (qrammatika)
  • Vocabulary (leksika)
  • Use of English

İmtahanda şagirdlərə verilən tapşırıqlar arasında qrammatik testlər, mətn anlama sualları və cümləni tamamla tipli tapşırıqlar üstünlük təşkil edir. DİM-in 9-cu sinif buraxılış imtahanı ingilis dili proqramı xüsusi şəkildə hazırlanmışdır və şagirdlər mütləq həmin proqrama uyğun hazırlaşmalıdır.

Onrepetitor 9-cu sinif buraxılış imtahanı 2026 hazırlığı mərhələsində şagirdlərə həm qrammatika dərsləri, həm də ingilis dili testləri, video dərslərinteraktiv çalışmalar kimi geniş resurslar təqdim edir.

 

Buraxılış imtahanı 2026 – Mövzular üzrə test tapşırıqları

Şagirdlər 9-cu sinif buraxılış imtahanı 2026 mərhələsini uğurla başa vurmaq üçün mövzular üzrə ardıcıl şəkildə testlər işləməlidir. Bunun üçün:

  • DİM buraxılış imtahanı nümunələri
  • 9-cu sinif buraxılış imtahanı testləri pdf
  • Onrepetitor test bankı
  • Onlayn sınaq imtahanları

kimi resurslardan istifadə etmək mütləqdir.

Bu testlər yalnız bilikləri deyil, 9-cu sinif buraxılış imtahanı 2026 mərhələsində tez düşünməməntiqi yanaşma bacarıqlarını da inkişaf etdirir. 

 

Buraxılış imtahanı proqramı 2026 – Şagirdlər üçün yol xəritəsi

DİM 9-cu sinif buraxılış imtahanı 2026 proqramını Təhsil Nazirliyinin rəsmi veb saytında (https://edu.gov.az/) yerləşdirilən məktəb proqramı əsasında formalaşdırır. Bu proqram şagirdlərə:

  • hansı mövzulara daha çox ağırlıq verilməli olduğunu,
  • hansı bacarıqların qiymətləndiriləcəyini,
  • hansı tip tapşırıqlarla qarşılaşacaqlarını

aydın şəkildə göstərir.

 

 

 

DİM sınaq imtahanı 2026 – niyə vacibdir?

Sınaq imtahanları buraxılış imtahanına hazırlığın ən vacib mərhələsidir. Şagirdlər real imtahan mühitinə uyğunlaşdırılmış bu imtahanlar vasitəsilə:

  • Vaxt bölgüsünü öyrənir
  • Həyəcanı azaldır
  • Öz zəif tərəflərini müəyyən edir
  • Real nəticələrini təhlil edir

Onrepetitor platformasında mütəmadi olaraq yenilənən onlayn sınaq imtahanları mövcuddur və 9-cu sinif buraxılış imtahanı 2026 hazırlığında olan şagirdlər bu imtahanlara istədikləri vaxt qoşula bilərlər.

 

Yüksək nəticə üçün ən effektiv hazırlıq strategiyaları

1. Mövzular üzrə planlı təkrar

Şagirdlər həftəlik dərs planı tərtib etməli və hər həftə 1 əsas mövzunu tamamlamalıdır.

2. Test tapşırıqlarının sistemli işlənməsi

Hər mövzudan sonra 9-cu sinif imtahan sualları 2026 tipli ən azı 30–40 test işləmək, tövsiyə olunur.

3. Sınaq imtahanları ilə praktika

Aylıq sınaqlar nəticələrin sabit qalması üçün vacibdir.

4. Müəllim dəstəyi

Onrepetitor əllimləri şagirdlərin zəif tərəflərini müəyyən edir və 9-cu sinif buraxılış imtahanı 2026 hazırlığı üçün fərdi plan tərtib edir.

5. Psixoloji hazırlıq

İmtahana psixoloji hazırlıq ən azı 9-cu sinif buraxılış imtahanı sualları qədər vacibdir. Onrepetitor təhsil platformasında (https://onrepetitor.az/) 9-cu sinif buraxılış imtahanı 2026 hazırlığında olan hər bir şagirdə fərdi məsləhətçi müəllim təyin olunur. Fərdi məsləhətçi müəllim mütəmadi olaraq şagird ilə əlaqə saxlayaraq onun hazırlıq səviyyəsini və psixoloji durumunu nəzarət altında saxlayır, dəstək olur. 

 

Onrepetitor ilə 9-cu sinif buraxılış imtahanına hazırlıq

Onrepetitor dövlət dəstəyi ilə yaradılmış onlayn təhsil platformasıdır və 9-cu sinif buraxılış imtahanı 2026 hazırlığında olan şagirdlər üçün:

  • fənlər üzrə interaktiv dərslər,
  • test topluları,
  • video izahlar,
  • müəllimlərlə canlı dərslər,
  • sınaq imtahanları,
  • şəxsi inkişaf və imtahan psixologiyası sessiyaları

təklif edir.

Platforma şagirdlərə hər fəndən mövzular üzrə fərdi şəkildə inkişaf imkanı təqdim edir və onların buraxılış imtahanından yüksək nəticə əldə etməsini asanlaşdırır. Daha ətraflı məlumat almaq üçün Onrepetitor platformasının rəsmi veb saytına nəzər yetirə bilərsiniz: https://onrepetitor.az/ 

 

 

 

Tez-tez Verilən Suallar (FAQ)

  1. 9-cu sinif buraxılış imtahanı 2026 nə vaxt olacaq?

DİM hər il imtahan tarixlərini rəsmi saytında açıqlayır. DİM-in rəsmi veb saytını ziyarət edərək daha ətraflı məlumat əldə edə bilərsiniz: https://www.dim.gov.az/az 

  1. İmtahan proqramını haradan əldə edə bilərəm?

DİM-in rəsmi saytında yerləşdirilir, məktəb proqramı isə Təhsil Nazirliyinin saytında mövcuddur.

  1. İngilis dili buraxılış imtahanı çətindir?

Hazırlıq düzgün qurularsa, qrammatika və oxu bacarıqları sistemli şəkildə inkişaf etdirilərsə, 9-cu sinif buraxılış imtahanı 2026 nəticələri yüksək olacaqdır.

  1. Sınaq imtahanları lazımlıdırmı?

Bəli, real imtahan təcrübəsi üçün vacibdir.

  1. Onrepetitor buraxılış imtahanına hazırlıq üçün uyğundurmu?

Bəli, platforma bütün fənlər üzrə həftəlik onlayn canlı dərslər, sadə izahlı video dərslər, test materialları və buraxılış sınaq imtahanı təqdim edir.

 

Nəticə

9-cu sinif buraxılış imtahanı 2026 hər bir şagird üçün əsas mərhələdir. 9-cu sinif buraxılış imtahanı 2026 nəticəsi yalnız məktəbdə qiymətləndirmə deyil, həm də gələcəkdə abituriyent hazırlığında önəmli rol oynayır. Düzgün plan, dəqiq proqram, kifayət qədər test praktikasına sahib olmaq və sınaq imtahanlarında iştirak etmək yüksək nəticəni təmin edən əsas amillərdir.

Hazırlığını daha sistemli, daha rahat və daha effektli etmək istəyənlər üçün Onrepetitor ideal platformadır.

Peşəkar hazırlığa başlamaq üçün aşağıdakı linkdən Onrepetitor-un rəsmi veb saytına keçid edin və elə indi qeydiyyatdan keçin! 

➡️  https://onrepetitor.az/