
Buraxılışda Uğur, Qəbulda Yüksək Bal
Buraxılışda Uğur, Qəbulda Yüksək Bal – Hazırlıq Artıq Sistemli və Tək Mərkəzdə
Müasir dövrdə abituriyent və məktəblilər üçün imtahana hazırlıq daha sistemli, daha əlçatan və daha məqsədyönlü şəkildə aparılmalıdır. Yeni yaradılmış Onrepetitor platforması məhz bu ehtiyacı qarşılayır. Burada fənlər üzrə videoizahlı dərslər, canlı müəllim dərsləri, test bankı və nəticələrin izlənməsi kimi imkanlar bir araya gətirilib. Platforma həm ali məktəbə qəbul, həm də buraxılış imtahanlarına hazırlaşan şagirdlər üçün çevik və praktik vasitədir.
Buraxılış İmtahanlarına Hazırlıq – 9 və 11-ci siniflər üçün
Qeyd edək ki, buraxılış imtahanları bütün 11-ci sinif məzunları üçün vacib imtahan sayılır və bu imtahanda toplanan nəticələr, eyni zamanda qəbul imtahanındakı ümumi bala əlavə olunur. Bu səbəbdən, buraxılış mərhələsi həm təhsil, həm də gələcək planlar üçün həlledici mərhələ sayılır.
“Onrepetitor” platformasında 9 və 11-ci sinif şagirdlərinin buraxılış imtahanına hazırlığı üçün:
- Mövzular üzrə canlı dərslər təcrübəli müəllimlər tərəfindən keçirilir;
- Dərs zamanı şagirdlər birbaşa testlərə cavab verərək dərsi praktik şəkildə qavrayırlar;
- Azərbaycan və İngilis dili fənlərində şagirdlər mətnlər üzərində işləyərək, oxu və məntiq bacarıqlarını inkişaf etdirirlər;
Hər ay ödənişsiz sınaq imtahanları keçirilir ki, bu da şagirdlərə öz bilik səviyyəsini yoxlamağa və zəif mövzularını müəyyənləşdirməyə imkan verir.
Bu strukturlaşdırılmış və interaktiv yanaşma, buraxılış imtahanına hazırlaşan şagirdlər üçün həm motivasiya, həm də real nəticə vəd edir.
Onrepetitor – bilik yığ, yoxla və uğur qazan.