
Təhsildə Yeni Dövr
Təhsildə Yeni Dövr: Bütün Abituriyent Hazırlığı Artıq Tək Platformada – Onrepetitor!
İllərdir abituriyentlər ali məktəbə qəbul üçün müxtəlif müəllimlərin, fərqli kursların və ayrı-ayrı mənbələrin arxasınca qaçır. İndi isə bu parçalanmış sistem tarixə çevrilir. Çünki "Onrepetitor" adlı innovativ təhsil platforması bütün abituriyent hazırlığını vahid bir məkanda birləşdirir!
Bir Platforma – Bütün Hazırlıq
“Onrepetitor” abituriyentlərə lazım olan hər şeyi bir yerdə təqdim edir. Artıq heç yerə getməyə, müəllim axtarmağa, material toplamağa ehtiyac yoxdur. Platformada hər fənn üzrə aydın və sistemli video dərslər, mövzu izahları, təcrübəli müəllimlərlə canlı dərslər və DİM formatında test bankları mövcuddur.
Canlı Dərslər – Peşəkar Müəllimlərlə
Platformada ölkənin təcrübəli müəllimləri tərəfindən canlı dərslər keçirilir. Hər dərsdən sonra abituriyentlərə həmin mövzuya uyğun testlər təqdim olunur. Bu testlər tam şəkildə DİM-in qəbul modeli ilə uyğunlaşdırılıb.
Qəbul Tipli Test Tapşırıqları - Sualların Video Həlləri
Abituriyent testləri həll edərkən çətinlik çəkərsə, panikaya düşməsinə ehtiyac yoxdur. Çünki “Onrepetitor” test bankındakı sualların videoizahları da platformaya yerləşdirilib. Şagird cavabı anlamadığı anda bir kliklə həmin testin izahına baxa bilər. Bu üsul xüsusilə vizual və dinləyərək öyrənən tələbələr üçün böyük üstünlük yaradır.
Qəbul Proqramına 100%-lik Uyğunluq
Onrepetitor platforması abituriyentləri DİM-in ali məktəblərə qəbul proqramına tam uyğun hazırlıqla təmin edir. Yəni imtahanda abituriyentə hansı mövzu lazımdırsa, platformada onu əhatə edən həm canlı dərs, həm videodərs, həm test, həm də izah var.
Artıq Hər Kəs İstifadə Edə Bilər
Platforma bütün ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlər üçün əlçatandır. “Onrepetitor”un məqsədi təkcə hazırlaşdırmaq deyil, müvəffəqiyyətə doğru rəhbərlik etməkdir.
---
Qısacası: təhsil dəyişir, gələcək formalaşır. "Onrepetitor" – müasir abituriyentin əsl bələdçisidir.